Bağlı qapı arxasında qalan 2 yaşlı uşaq xilas olundu - Video

bagli-qapi-arxasinda-qalan-2-yasli-usaq-xilas-olundu
Oxunma sayı: 774

Lənkəranda azyaşlı mənzildə bağlı qapı arxasında köməksiz qalıb.

“Qafqazinfo” xəbər verir ki, məlumatla əlaqədar FHN-in Cənub Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi vasitələrin köməyilə mənzilin qapısı açılaraq nəzarətsiz qalmış 2023-cü il təvəllüdlü uşaq ailəsinə təhvil verilib.