“Sülh sazişinin dayanıqlı olmasına dəstək veririk”

sulh-sazisinin-dayaniqli-olmasina-destek-veririk
Oxunma sayı: 1889

“Burada olmaq çox gözəl hissdir. Azərbaycan regionda önəmli tərəfdaşdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Bakıda XİN rəhbəri Ceyhun Bayramovla birgə keçirdiyi mətbuat konfransında deyib.

“Azərbaycana Ukraynaya humanitar yardım göstərdiyinə, eləcə də COP29-a yüksək səviyyədə ev sahibliyi etdiyinə görə minnətdarlığımı bildirirəm. Aİ Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ən böyük sərmayədarıdır. Həmçinin Azərbaycanda minatəmizləməyə töhfə veririk”, - deyə Kallas qeyd edib.

O, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılmasının tərəfdarı olduqlarını və sülh sazişinin dayanıqlı olmasına dəstək verdiklərini açıqlayıb. 

Günel İbrahimova