Hava ilə bağlı - Xəbərdarlıq

hava-ile-bagli
Oxunma sayı: 4115

Aprelin 27-si şimal və qərb rayonlarında, 28-dən 29-u gündüzədək isə bəzi yerlərdə hava şəraitinin fasilələrlə yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Dağlıq Şirvan, Quba-Qusar, Balakən-Şəki, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntının arabir leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.