Bakıda keçiriləcək UFC yarışına bilet satışı başladı

bakida-kecirilecek-ufc-yarisina-bilet-satisi-basladi
Oxunma sayı: 2651

Azərbaycanda ilk dəfə keçiriləcək UFC (Ultimate Fighting Championship) döyüş gecəsi üçün biletlərin satışına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, biletləri iTicket.az saytından əldə etmək mümkündür. 

Qeyd edək ki, UFC-nin 700 milyondan çox azarkeşi və 300 milyona yaxın sosial media izləyicisi var. Turnirlər 170-dən artıq ölkədə yayımlanır və hər il təxminən bir milyard evi əhatə edir.