Havada toz müşahidə olunur - Yenilənib

havada-toz-musahide-olunur
Oxunma sayı: 1956

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, bu gün səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Bu barədə “Qafqazinfo”ya Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova bildirib.

O qeyd edib ki, havada tozun miqdarı normadan 1,5 dəfə artıqdır. 

Xidmət rəsmisinin sözlərinə görə, peyk görüntülərinə əsasən müşahidə olunan tozlu hava şəraitinə səbəb Türkmənistan ərazisindən ölkəmizə daxil olan toz dumanıdır: “Tozlu hava şəraitinin meteoroloji vəziyyətdən asılı olaraq  yaxın iki gün ərzində davam edəcəyi gözlənilir”.

***

Bakıda və Abşeron yarımadasında havada müşahidə olunan tozun miqdarında artım müşahidə olunur. 

Gülnarə Abbasova bildirib ki, hazırda havada tozun miqdarı normadan  2,5-3 dəfə çoxdur:

Xatırladaq ki, bu gün səhər saatlarında Bakıda və Abşeron yarımadasında havada tozun miqdarının normadan 1,5 dəfə yüksək olduğu qeydə alınıb.