“İranla mini-müharibədəyik”

iranla-mini-muharibedeyik
Oxunma sayı: 263

“İranla mini-müharibədəyik”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə kiçik biznesin inkişafına həsr olunmuş tədbirdə çıxış edərkən deyib.

O, İranın hərbi potensialının zəif olduğunu vurğulayıb.

“Hazırda işlər çox yaxşı gedir. Onların nə donanması, nə hava qüvvələri, nə zenit topları, nə radarları, nə liderləri var”, - Tramp bildirib.

Ağ Ev rəhbəri İranın nüvə silahına sahib olmasına icazə verilməyəcəyini də vurğulayıb və əvvəlki prezidentlərin bu addımı atmalı olduğunu, amma bunu özünün həyata keçirdiyini qeyd edib.

ABŞ Prezidenti həmçinin İranla təxminən altı həftədir davam edən gərginliyi “mini-müharibə” adlandıraraq, bunun uzun sürməyəcəyini əlavə edib. O, bu hərəkətlərin enerji qiymətlərinə müsbət təsir edəcəyini və ABŞ-nin uzun illər müxtəlif müharibələrdə iştirak etdiyini xatırladıb.

“8-9 ildən sonra vəzifəmdən gedəndə bizneslərin vergi güzəştlərindən istifadə edə bilərəm”, - Tramp zarafatla qeyd edib, bu da tədbir iştirakçıları arasında gülüşə səbəb olub.