İranın cənubunda yerləşən Buşehr əyalətinin Deyer limanında bir neçə qayıq yanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Hazırda ümumilikdə 4 qayıq yanır, onlardan birində yanğın, demək olar ki, söndürülüb.
Məlumata görə, yanğının səbəbi məlum deyil, alovun söndürülməsindən sonra müəyyən ediləcək.
Son xəbərlər
Son Xəbərlər