“Gəncədə zavoddakı yanğının söndürülməsinə 10 avtonəqliyyat və 60 nəfər canlı qüvvə cəlb olunub”.
“Qafqazinfo” xəbər verir ki, bunu Gəncə şəhər Yanğından Mühafizə idarəsinin rəis müavini Cavidan Avşarov deyib.
“4:38 radələrində qaynar xəttə yanğınla bağlı məlumat daxil olub. Hadisə yerinə ümumilikdə 10 avtonəqliyyat və 60 nəfər canlı qüvvə cəlb olunub. Yanğın 1500 kv.m ərazini bürümüşdü.
Şəxsi heyət tərəfindən yanğın operativ şəkildə söndürülüb. Xəsarət alan olmayıb. Ümumilikdə tum fabrikinin 500 kv.m anbar hissəsi yanğından mühafizə edilib”, - o qeud edib.
Ərazidən yanğından sonrakı görüntüləri təqdim edirik:
Yunis Quliyev









Son xəbərlər
Son Xəbərlər