Dövlət katibi toyda DJ-lik etdi - Video

dovlet-katibi-toyda-dj-lik-etdi
Oxunma sayı: 560

ABŞ Dövlət katibi Marko Rubionun toy mərasimində DJ kimi çıxış etdiyi görüntülər sosial şəbəkələrdə sürətlə yayılıb.

“Qafqazinfo” xəbər verir ki, viral olan videoda Rubio qulaqlıqları ilə DJ masası qarşısında musiqi idarə edərkən görünür.

Görüntüləri Trampın Aparat rəhbərinin müavini Den Skavino  paylaşıb. “Baxın, bizim böyük Dövlət katibimiz Marko Rubio toylarda da DJ-lik edir! Bu gecə o, ailə toyunda fəaliyyət göstərir”, - Skavino yazıb. 

Videoda Rubio qulaqlıqları taxaraq elektron rəqs musiqisi səsləndirir, qonaqlar isə musiqinin ritminə uyğun rəqs edirlər. Hərəkətli anlar və toyun canlı atmosferi izləyənlər tərəfindən böyük maraqla qarşılanıb.