Həbsdə olan sabiq icra başçısı koronavirusdan öldü

hebsde-olan-sabiq-icra-bascisi-koronavirusdan-oldu
Oxunma sayı: 10436

Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.

“Qafqazinfo”nun Axar.az-a istinadən məlumatına görə, o, həbsxanada koronavirusdan vəfat edib.

Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.

Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.