İsrail hərbi hava qüvvələrinin Qəzza zolağının mərkəzində bir nəqliyyat vasitəsini hədəf alması nəticəsində HƏMAS-ın daxili təhlükəsizlik xidmətinin iki yüksəkvəzifəli əməkdaşı həlak olub.
“Qafqazinfo” “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Deyr əl-Bəlah şəhərində hərəkətdə olan avtomobilə endirilən zərbə nəticəsində mərkəzi Qəzzada HƏMAS-ın daxili təhlükəsizlik rəhbəri, polkovnik Vael Musa əl-Ladavi və onunla birlikdə olan Ramez Tofiq Əbu Züreiq həyatını itirib.
Həlak olanların nəşləri Əl-Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.
Qeyd edək ki, dünən İsrailin analoji hücumu nəticəsində Qəzzanın şimalındakı HƏMAS polis qüvvələrinin rəhbəri də öldürülmüşdü. İsrail tərəfi onun həm də qruplaşmanın hərbi qanadında fəaliyyət göstərdiyini bəyan etmişdi.
Son xəbərlər
Son Xəbərlər