Həmin hücumdan sonra Rusiya ilə münasibətlərə yenidən baxacaqlar

hemin-hucumdan-sonra-rusiya-ile-munasibetlere-yeniden-baxacaqlar
Oxunma sayı: 1252

Rumıniyanın şərqində yerləşən Qalats şəhərində yaşayış binasına PUA-nın çırpılmasından sonra Rumıniya Prezidenti Nikuşor Dan Rusiyaya qarşı sərt bəyanatlarla çıxış edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Agentlik yazır ki, dövlət başçısı Rusiya-Ukrayna münaqişəsinin Rumıniya vətəndaşlarının həyatına və təhlükəsizliyinə təsir etməsi ilə heç bir halda barışmayacaqlarını bəyan edib.

O, Xarici İşlər Nazirliyinə təcili olaraq Rusiya ilə münasibətlərə dair xüsusi tədbirlər planı hazırlamaq tapşırığı verdiyini vurğulayıb:

“Mən XİN-dən yaranmış bu çox ciddi vəziyyətə mütənasib olaraq Rusiya ilə əlaqələrimizə yönəlmiş addımlar sırasını dərhal təqdim etməsini istədim”.

Qeyd edək ki, hadisənin ardınca Rumıniyanın xarici işlər naziri Oana Tsoyu da bəyanat yayaraq, sözügedən qəzanın Rumıniyanın müttəfiqləri ilə hərbi məsləhətləşmələr aparmasını nəzərdə tutan NATO-nun 4-cü maddəsinin tətbiqinə tam əsas verdiyini bildirib.

Onu da bildirək ki, məsələyə Brüsseldən də kəskin reaksiya verilib. Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Rumıniyadakı dron fəsadına toxunaraq, Rusiyanın bu addımla beynəlxalq aləmdə “daha bir qırmızı xətti keçdiyini” xüsusi vurğulayıb.