ABŞ Prezidenti Donald Tramp 2026-cı il aralıq seçkilərdə saxtakarlıq barədə məlumat verənlərə, həmin məlumatlar əsasında təqsirkarlar həbs edilərək məhkum olunarsa, 1 milyon dollar mükafat vəd edib.
“Qafqazinfo” xəbər verir ki, Tramp bu barədə sosial media hesabında paylaşım edib.
O bildirib ki, mükafat seçki saxtakarlığı ilə bağlı məlumat verən şəxslərə ödəniləcək.
ABŞ-də noyabrın 3-də keçiriləcək aralıq seçkilər ərəfəsində səsləndirilən bu vəd Trampın əvvəlki seçkilərlə bağlı iddialarını yenidən gündəmə gətirib.
O, 2020-ci il prezident seçkilərində səslərin saxtalaşdırıldığını iddia etmiş, həmin seçkidə Co Baydenə məğlub olmuşdu. Seçki saxtakarlığı ilə bağlı bu iddialar ABŞ-də uzun müddət müzakirələrə səbəb olmuşdu.
Son xəbərlər
Son Xəbərlər