“Biz Qara Dəniz İqtsadi Əməkdaşlıq Təşkilatı və APA arasındakı əməkdaşlığa çox ciddi önəm verməliyik”.
“Qafqazinfo” xəbər verir ki, bunu Bakıda Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (PABSEC) Baş katibi Asəf Hacıyev deyib.
“Biz sadəcə Avropada yox, Asiya məkanında da fəaliyyət göstəririk. Bu gün dünyada 120 milyon qaçqın var. Bu o deməkdir ki, 75 nəfərdən biri qaçqındır. Qara dəniz hövzəsinə nəzər salsaq görərik ki, hər 35 nəfərdən biri qaçqındır. Onların dünya iqtisadiyyatına verdiyi ziyan 1 trilyon dollardan çoxdur. Bu, bütövlükdə dünyanın problemidir. Ona görə də biz ciddi əməkdaşlıq qurmalıyıq”, - deyə o bildirib.
Nuranə Daxilqızı