Paytaxtın Nəsimi rayonunun Xətai prospektində 1 həftə əvvəl yağan güclü yağışın fəsadları indiyədək aradan qalxmayıb.
“Qafqazinfo” xəbər verir ki, yol boyu axan palçıq həm avtomobillərin hərəkətinə, həm də piyadaların gediş-gəlişinə ciddi çətinlik yaradır.
Ərazidə yaşayan sakinlərin sözlərinə görə, davam edən palçıq axıntıları torpaq uçqunu riskini artırır ki, bu da təhlükəsizlik baxımından narahatlıq doğurur:
“Beşinci gün yağış yağanda buradan keçmək mümkün deyildi. Baxsınlar da, hər dəfə torpaq uçur, qaytarırlar ora, yağış yağanda yenə tökülür”.
Məsələ ilə bağlı Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən bildirilib ki, problemin əsas səbəbi mövcud drenaj sistemlərinin yağış sularını tam şəkildə təxliyə edə bilməməsidir.
Daha ətraflı “İctimai TV”nin materialında:
Son xəbərlər
Son Xəbərlər