Hərbçimiz torpağa tapşırıldı - Fotolar + Video + Yenilənib

herbcimiz-torpaga-tapsirildi
Oxunma sayı: 6464

Yanvarın 16-da Tovuz rayonunun Ağdam kəndi istiqamətində itkin düşən hərbçimiz Abbasov Akif Elşən oğlu bu gün torpağa tapşırılır.

“Qafqazinfo”nun məlumatına görə, onun nəşi doğulduğu Ağcabədi rayonuna gətirilib.  

Xatırladaq ki, hərbçimiz Akif Elşən oğlu Abbasov yanvar ayında itkin düşmüşdü. Onun meyiti bir neçə gün əvvəl sərhədin neytral ərazisində tapılmışdı.

**

A.Abbasov Ağcabədi rayonundakı Şəhidlər xiyabanında dəfn edilib. 

Tural Hüseynli