Hikmət Mirzəyevə yeni müavin təyin olundu

hikmet-mirzeyeve-yeni-muavin-teyin-olundu
Oxunma sayı: 6534

Azərbaycan Ordusunun Quru Qoşunları Komandanı general-polkovnik Hikmət Mirzəyevə yeni müavin təyin olunub.

“Qafqazinfo”nun məlumatına görə, bu vəzifəyə general-mayor İlqar Lətifov təyinat alıb. 

İlqar Lətifov bundan əvvəl Müdafiə Nazirliyinin Döyüş Hazırlığı İdarəsinin rəisi olub.

Qeyd edək ki, bu gün Müdafiə Nazirliyi Hikmət Mirzəyevin müavini general-mayor İlqar Lətifovun ölkəmizdə rəsmi səfərdə olan Pakistan SQ Hərbi Əməliyyatlar üzrə baş direktoru general-mayor Abdulla Kəşifin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdüyünə dair məlumat və foto yayıb.

Sail Ağasəlim