“Hilton Garden Inn Baku” - Qonaqpərvərlik dolu bir il

hilton-garden-inn-baku
Oxunma sayı: 1016

Bu gün “Hilton Garden Inn Baku” fəaliyyətinin birilliyini böyük sevinc və qürurla qeyd edir.

2024-cü ilin noyabrında qapılarını ilk qonaqlarına açan “Hilton Garden Inn Baku”, 195 rahat və zövqlə dizayn edilmiş otağımüasir infrastrukturupeşəkar komandası və “Hilton” brendinə xas xidmət standartları ilə həm yerli, həm də beynəlxalq qonaqların sevimli ünvanına çevrilib.

“Hilton Garden Inn Baku” səyahət məqsədindən asılı olmayaraq, hər bir qonağa fərdi yanaşma təqdim edir. Hotelin müasir interyer dizaynırahat atmosferi və funksional planlaşdırılmış məkanları sayəsində həm işgüzar səfərlər, həm də istirahət üçün ideal şərait yaradılıb.

Hotelin “Together & Co.” restoranı isə həm yerli, həm də beynəlxalq mətbəxin ən dadlı təamlarını təqdim edir. İstər səhər yeməyi, istərsə də axşam ailəvi nahar və ya tədbir üçün bu məkan, rahatlıq və zövqün mükəmməl balansını təklif edir.

“Hilton Garden Inn Baku”nun uğurunun əsasını insanlar - peşəkar, enerjili və qonaqpərvər komandası təşkil edir. Bir il ərzində hotel komandası yüzlərlə yerli və xarici qonağı qarşılayaraq onlara “Hilton” keyfiyyətini və Azərbaycan qonaqpərvərliyinin səmimiyyətini bir arada təqdim edib.

“Bu gün “Hilton Garden Inn Baku”nun fəaliyyətinin ilk ilini qeyd etmək bizim üçün qürurverici hadisədir. Bizim məqsədimiz sadəcə qonaqlara rahat qalma yeri təqdim etmək deyil - onların hər birinə isti münasibət, mükəmməl xidmət və unudulmaz təcrübə bəxş etməkdir.

Qarşıdakı illərdə də xidmət səviyyəmizi daha da yüksəldərək, həm şəhərimizin, həm də ölkəmizin qonaqpərvərlik sektoruna töhfə verməyə davam edəcəyik”, - deyə hotelin direktoru Rəsul Mürsəqulov bildirib.

“Hilton Garden Inn Baku” haqqında

“Hilton” ailəsinin bir üzvü olan “Hilton Garden Inn Baku” müasir dizayn, rahatlıq və yüksək xidmət keyfiyyətini bir araya gətirir. Hotel 195 otaq, “Together & Co” restoranı, iclas və tədbir zalları, 24/7 fitness mərkəzi, həmçinin “Pet-Friendly” konsepsiyası ilə fəaliyyət göstərir və ev heyvanları ilə səyahət edən qonaqlar üçün də ideal şərait yaradır.

Ünvan: Sarabski küçəsi 657, Bakı

Tel: +994 10 565 12 34

E-mail: [email protected]