Hörmüz boğazı hansı gəmilər üçün açıqdır? - Açıqlandı

hormuz-bogazi-hansi-gemiler-ucun-aciqdir
Oxunma sayı: 992

“İran Hörmüz boğazında naviqasiya təhlükəsizliyini təmin etmək üçün Beynəlxalq Dəniz Təşkilatı ilə işləməyə hazırdır”.

“Qafqazinfo” xəbər verir ki, bunu İranın təşkilatdakı nümayəndəsi Əli Musavi deyib. 

Onun sözlərinə görə, Hörmüz boğazı “İranın düşmənləri” ilə əlaqəli gəmilər istisna olmaqla, bütün gəmilər üçün açıqdır.

O vurğulayıb ki, boğazdan keçid yalnız Tehranla təhlükəsizlik tədbirlərinin koordinasiyası şərti ilə mümkündür.

Musavi əlavə edib ki, Hörmüz boğazındakı mövcud vəziyyətin səbəbi İsrail və ABŞ-nin hücumlarıdır.