Hörmüz vasitəsilə yeni bir dəhlizin açılmasını müzakirə edirlər

hormuz-vasitesile-yeni-bir-dehlizin-acilmasini-muzakire-edirler
Oxunma sayı: 249

Oman və İran Hörmüz boğazından gəmiçiliyin təşkili ilə bağlı yeni saziş üzrə danışıqlar aparır.

“Qafqazinfo” “Bloomberg”ə istinadən xəbər verir ki, razılaşma əldə olunarsa, hərbi qarşıdurma səbəbindən uzun müddətdir istifadə olunmayan üçüncü marşrut yenidən açılacaq.

Bildirilib ki,Oman tərəfi ABŞ-İran gərginliyinin başa çatmasından sonra yaxın günlərdə razılaşmanın elan ediləcəyini gözləyir.

Qeyd edək ki, son günlər ABŞ-nin İrana endirdiyi zərbələr davam edir. Bundan sonra Bəndər-Abbas və Sirik şəhərlərində partlayış səsləri eşidilib, Buşəhrdəki atom elektrik stansiyası yaxınlığında isə hava hücumundan müdafiə sistemi işə salınıb.