Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycana səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Akarı Heydər Əliyev adına Beynəlxalq Hava Limanında müdafiə naziri general-polkovnik Zakir Həsənov qarşılayıb.
Hulusi Akarı Baş Qərargah rəisi ordu generalı Yaşar Gülər, Quru Qoşunları komandanı general Musa Avsever, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ərcüment Tatlıoğlu və Hərbi Hava Qüvvələri komandanı general Atilla Gülan müşayiət edir.



Son xəbərlər
Son Xəbərlər