İdaretmədən çıxan maşın yaşayış evində çırpıldı - Xəsarət alanlar var

idaretmeden-cixan-masin-yasayis-evinde-cirpildi
Oxunma sayı: 609

Bərdədə idaretmədən çıxan avtomobil yaşayış evində çırpılıb xəsarət alanlar var.

“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə allnıb.

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yol kənarında yerləşən evə çırpılıb. Qəza nəticəsində zərbədən evin divarının bir hissəsi dağılıb.

Nəticədə ev sakinləri İsmayılzadə Sevinc, İsmayılzadə Xədicə və İsmayılzadə Günel xəsarət alıblar.

Yaralılar təcili tibbi yardım maşını ilə Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

***

Bərdədə minik avtomobilinin yaşayış evinə çırpılması zamanı xəsarət alan 3 nəfərin vəziyyəti açıqlanıb.

TƏBİB-dən bildirilib ki, Bərdədə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 3 nəfər (qadın) 27.08.2026-cı il tarixində saat 16:10 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 1 nəfər ambulator müalicə üçün evə buraxılıb. Hazırda 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Ziya Əmirxanlı