Astarada yol-nəqliyyat hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə Kijəbə-Deqədi kənd yolunda qeydə alınıb.
Belə ki, Deqədi-Astara marşrut xətti üzrə sərnişin daşıyan “Qazel” markalı mikroavtobus idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində maşında olan 20-yə yaxın sərnişindən əksəriyyəti xəsarət alıb.
Onlar Astara və Lənkəran rayonlarının Mərkəzi xəstəxanalarına hospitalizasiya olunublar. Yaralılara zəruri ilkin tibbi xidmətlər göstərilir.
Faktla bağlı araşdırma aparılır.
***
Baş Dövlət Yol Polisi İdarəsi hadisə ilə bağlı məlumat yayıb.
Bildirilib ki, bu gün saat 09:45 radələrində Astara rayonunun Deqədi kəndi ərazisində mikroavtobusun aşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
“Telman Xudaquliyevin idarə etdiyi “Mercedes” markalı mikroavtobus Deqədi-Kijəbə-Astara marşrutu üzrə hərəkətdə olarkən, təkərin partlaması nəticəsində idarəetmədən çıxaraq yol kənarına aşıb.
Qəza nəticəsində mikroavtobusda olan 14 sərnişindən 2-si – Əsmət İbayeva və Elşən Həkimov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdiriliblər.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır”, - məlumatda qeyd edilib.
Baş Dövlət Yol Polisi İdarəsi qeyd olunan səbəblərdən dəfələrlə ağır-yol nəqliyyat hadisələrinin baş verdiyini nəzərə alaraq, bir daha sürücüləri, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən hüquqi və fiziki şəxsləri nəqliyyat vasitələrinin texniki sazlığına vaxtaşırı nəzarət etməyə, reysqabağı texniki müayinədən keçməyə, nasaz, texniki-təhlükəsizlik baxımından normativ tələblərə cavab verməyən avtomobillə yola çıxmaqdan çəkinməyə çağırır.
Surxay Şahbazov


Son xəbərlər
Son Xəbərlər