Özbəkistanda dövlət sərhədinin demarkasiyasının nəticələrinə əsasən, Çon-Qara və Taş-Tobo kəndlərinin Qırğızıstana verilməsi proseduruna başlanılıb.
“Qafqazinfo” “Sputnik Qırğızıstan”a istinadən xəbər verir ki, əvəzində Qırğızıstandan Özbəkistana sahəcə bərabər olan sərhədyanı ərazi veriləcək.
Məlumata görə, Çon-Qara və Taş-Tobo kəndlərində təxminən 2500 nəfər etnik qırğız yaşayır. Həmin şəxslər Qırğızıstan vətəndaşlığı almalı olacaq.
Qeyd edək ki, Qırğızıstan və Özbəkistan 2023-cü ilin yanvarında dövlətlərarası sərhədin delimitasiyası prosesini başa çatdırıblar.
Son xəbərlər
Son Xəbərlər