Salyanda yol-nəqliyyat hadisəsi olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun rayonun Xələc kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, iki minik avtomobili toqquşub. Qəzada Şirvan şəhər sakini, 2001-ci il təvəllüdlü Şahbazova Vəfa Maksim qızı və onun iki azyaşlı övladı müxtəlif dərəcəli xəsarətlər alıblar.
Onlar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər