İki müğənni efirdə söyüşlə mahnı oxudu - “Space” cərimələndi + Video

iki-mugenni-efirde-soyusle-mahni-oxudu
Oxunma sayı: 16435

“Space” telekanalı Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən cərimələnib.

“Qafqazinfo” xəbər verir ki, buna “Hər Səhər” verilişində müğənnilər Rüfət Axundov və Rəşad İlyasovun mahnını söyüşlə oxuması səbəb olub.

Şuranın Monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşovun sözlərinə görə, həmin verilişdə efirə getmiş ədəbsiz söz və ifadələr aparılan monitorinqlər zamanı aşkar edilib:

“5 aprel 2019-cu il tarixdə kanalın İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 5-8 min manat cərimə olunması ilə bağlı kanal rəhbərliyinin iştirakı ilə protokol tərtib edilib, qəbul edilib. İş məhkəməyə göndərilib”.

Qeyd edək ki, Rüfət Axundov fonoqram mahnı ifa edərkən səs rejissoru mikrofonları bağlamağı unudub. Rüfətlə birlikdə Rəşad İlyasovda mikrofonun bağlı olduğunu zənn edərək mahnının sözlərində biabırçı ifadələr işlədiblər.

R.Axundov isə açıqlama yayaraq görüntünün montaj olduğunu bildirib:

“Kimsə düşmənçiliklə və ya zarafatla edibsə, yaxşı da alınmayıb. Məni tanıyanlar tanıyır ki, heç bir qalmaqalda yoxam. Bunun arxasınca getmək fikrim də yoxdur. Mənim mahnımı oxumuşam, fonoqram gedib. Kimsə götürüb üstünə söyüş qoyubsa, ayıb olsun”.

Müğənni verilişdən video paylaşaraq iddia edilən ədəbsiz ifadələrin orijinal görünütüdə olmadığını deyib:

Qeyd edək ki, ədəbsiz ifadələrin olduğu görüntünü etikadan kənar olduğu üçün paylaşmağı münasib bilmədik.