Salyanda 43 yaşlı qadın itkin düşüb - Foto

salyanda-43-yasli-qadin-itkin-dusub
Oxunma sayı: 563

Salyan rayonunda 43 yaşlı qadın itkin düşüb.

“Qafqazinfo”nun məlumatına görə, rayon sakini, 1983-cü il təvəllüdlü Əhmədova Sevinc Xəlil qızı martın 20-si, axşam saatlarında yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

İtkin düşən şəxsin əlamətləri belədir: boyu 165 sm, qara uzun saçlı, arıq bədən quruluşludur. Evdən çıxan zaman əynində sarı rəngli köynək və şalvar olub. Bildirilir ki, o, ruhi-əsəb xəstəliyindən əziyyət çəkir.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya onun barəsində hər hansı məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzi Xidmətinə, həmçinin Salyan Rayon Polis Şöbəsinə (021 254 07 85, 055 390 87 87, 055 822 30 80) müraciət etmələri xahiş olunur.

Surxay Şahbazov