İki nəfər dəm qazından boğuldu

iki-nefer-dem-qazindan-boguldu
Oxunma sayı: 1430

Şəkidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, Yeni Çələbixan qəsəbəsində yaşayan 47 yaşlı Kəmalə Quliyeva yaşadığı ünvanda dəm qazından boğulub.

Şuşa rayon sakini olan K.Quliyeva Şuşa mədəniyyət evində dərnək rəhbəri olub.

Oxşar hadisə Yevlaxda da qeydə alınıb.

Qaçay Bəhlul oğlu İsmayılov yaşadığı Q.Quliyev küçəsindəki ünvanda dəm qazından zəhərlənərək vəfat edib.

Hər iki faktla bağlı araşdırma aparılır.