Türkiyənin Şanlıurfa vilayətinin Siverek rayonunda ilanı öldürmək məqsədilə ov tüfəngindən atəş açan şəxs ehtiyatsızlıq nəticəsində 5 nəfərin yaralanmasına səbəb olub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Üstüntaş məhəlləsində qeydə alınıb.
Məlumata görə, 56 yaşlı H.Ö. evində gördüyü ilanı zərərsizləşdirmək üçün lisenziyalı ov tüfəngi ilə atəş açıb.
Atəş nəticəsində ərazidə olan R.Ö. (59), E.Y. (31), eləcə də, 4 yaşlı Y.B., 4 yaşlı M.S.Y. və 6 yaşlı F.E. tüfəng qəlpələri və ətrafa sıçrayan daş parçaları səbəbindən yüngül xəsarətlər alıblar.
Hadisə yerinə jandarma və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar ilkin tibbi yardımdan sonra Siverek Dövlət Xəstəxanasına çatdırılıblar.
Həkimlərin verdiyi məlumata görə, yaralıların vəziyyəti qənaətbəxşdir.
Faktla bağlı araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər