Azərbaycan Prezidenti İlham Əliyev və Almaniya Kansleri Olaf Şolts aprelin 26-da Berlində danışıqlar aparacaqlar.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt açıqlayıb.
Onun sözlərinə görə, tərəflər görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, xarici siyasət, təhlükəsizlik, iqtisadi və energetika məsələləri ətrafında fikir mübadiləsi aparacaqlar.