Avropa Komissiyası (AK) “TikTok” platformasının azyaşlı istifadəçilərin məxfiliyini kifayət qədər qorumadığı qənaətinə gəlib.
“Qafqazinfo” xəbər verir ki, platformadakı mövcud məxfilik ayarları böyüklərin uşaqların hesablarına baxmasına imkan yaradır.
Məlumata görə, bu, kibertəqib, arzuolunmaz ünsiyyət və digər təhlükələrin riskini artırır.
Avropa Komissiyası qeyd edib ki, “TikTok”a izahat vermək imkanı yaradılacaq. Şirkətin cavabı qənaətbəxş olmazsa, Avropa Komissiyası onu “Rəqəmsal Xidmətlər Aktı”nı (DSA) pozduğuna görə illik qlobal gəlirinin 6 faizinə qədər cərimələyə bilər.
Bildirilib ki, “TikTok” azyaşlıların təhlükəsizliyinin təmin olunması üçün Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirəcəyini açıqlayıb.
Qeyd edək ki, Avropa Komissiyasının qiymətləndirməsinə görə, Avropa İttifaqında (Aİ) “TikTok”un 170 milyona yaxın istifadəçisinin əhəmiyyətli hissəsini uşaqlar təşkil edir.
Son xəbərlər
Son Xəbərlər