İmişlidə ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, aprelin 28-i saat 02 radələrində rayonun 1987-ci il təvəllüdlü Qızılkənd kənd sakini Vüsalə Rəhman qızı Ağalarova yaşadığı evin hamam otağında dəm qazından zəhərlənib.
Onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı İmişli Rayon Prokurorluğunda araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər