İmran Xanın bacısı saxlanıldı

imran-xanin-bacisi-saxlanildi
Oxunma sayı: 527

Pakistanda 2023-cü ildən həbsdə olan keçmiş Baş nazir İmran Xanın bacısı Alima Xan planlaşdırılan ümumxalq etirazlarından əvvəl polis tərəfindən saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, İmran Xanın rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatının (PTI) rəsmisinin bildirdiyinə görə, o, sentyabrın 27-də keçirilməsi planlaşdırılan ümumxalq etirazlarından əvvəl Lahordakı evinin yaxınlığında tutulub.

Bildirilib ki, onun 30 gün müddətinə həbs edilməsi barədə qərar verilib. Qərarda həbsin şəhərdə ictimai asayişin qorunması məqsədilə həyata keçirildiyi qeyd olunub.

PTI rəsmisinin sözlərinə görə, A.Xan idman zalına getmək üçün evindən çıxarkən polis tərəfindən saxlanılıb. Daha sonra o, Kot Laxpat həbsxanasına aparılıb.

Qeyd edək ki, İmran Xan 2023-cü ildən həbsdədir. Onun tərəfdarları və rəhbərlik etdiyi PTI keçmiş Baş nazirin azadlığa buraxılmasını tələb edir.