İndoneziyada güclü zəlzələ

indoneziyada-guclu-zelzele
Oxunma sayı: 246

İndoneziya sahillərində 6,6 bal gücündə zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Yeraltı təkanların episentri Teluknara şəhərindən 115 kilometr şimalda, ocağı isə 358 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.