İndoneziyada baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların sayı artmaqda davam edir.
“Qafqazinfo” xəbər verir ki, ölkənin əsas xilasetmə agentliyi olan “Basarnas”ın yaydığı məlumata görə, Yava əyalətində baş verən təbii fəlakət nəticəsində ölənlərin sayı 49-a çatıb.
Hazırda daha 15 nəfərin itkin düşdüyü bildirilir.
Xatırladaq ki, sözügedən fəlakət yanvarın 24-də Bandunq Barat bölgəsinin Pasir Lanqu kəndində, uzun müddət davam edən güclü yağışlar nəticəsində qeydə alınıb. Eyni zamanda, ölkənin Dəniz Qüvvələri sərhəd patrul təlimləri zamanı bədbəxt hadisə nəticəsində 23 əsgərin həlak olduğunu açıqlayıb.
Hazırda itkin düşənlərin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.
Son xəbərlər
Son Xəbərlər