İndoneziyada zəlzələ oldu

indoneziyada-zelzele-oldu
Oxunma sayı: 273

İndoneziyanın Yava adasında zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Yeraltı təkanların maqnitudası 5,7 bal təşkil edib. Zəlzələnin episentri 100 mindən çox əhalisi olan Ranqkasbitunq şəhərindən 232 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.