“Bu gün şəhərlər artıq yalnız iqtisadi fəaliyyətin və əhali artımının mərkəzləri deyil. Şəhərlər iqlim dayanıqlığının, enerji səmərəliliyinin, rəqəmsal transformasiyanın, sosial inklüzivliyin və davamlı şəhər idarəçiliyinin təmin edilməsində ön sıradadırlar”.
“Qafqazinfo” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev WUF13 çərçivəsində keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, SPECA (Birləşmiş Millətlər Təşkilatının Mərkəzi Asiya İqtisadiyyatı üzrə Xüsusi Proqramı) regionunda şəhərlər dərin urbanizasiya və transformasiya prosesindən keçir: “Sürətli urbanizasiya, demoqrafik artım, iqtisadi keçid və iqlim təzyiqləri şəhərlərimizin inkişaf və fəaliyyət formasını müəyyənləşdirir. Mərkəzi və Qərbi Asiya boyunca şəhər mərkəzləri iqtisadi inkişafın, innovasiyanın, əlaqələndirmənin və regional əməkdaşlığın getdikcə daha mühüm hərəkətverici qüvvəsinə çevrilir. Eyni zamanda şəhərlərimiz əlçatan mənzil təminatı, dayanıqlı infrastruktur, səmərəli ictimai xidmətlər və davamlı torpaq idarəçiliyi ilə bağlı artan tələblərlə üz-üzədir. Region üzrə bir çox yaşayış binaları müasir enerji səmərəliliyi və seysmik standartlar tətbiq olunmazdan əvvəl inşa edilib. İqlimlə bağlı risklər güclənir, şəhər əhalisi isə artmaqda davam edir. Bu çağırışlar regionumuz üçün ortaqdır, imkanlar da həmçinin”.
A.Quliyev həmçinin bildirib ki, COP29 çərçivəsində SPECA Şəhərlər Forumunun yaradılması region daxilində daha güclü şəhər əməkdaşlığına dair ortaq baxışı nümayiş etdirdi: “SPECA Şəhərlər Forumu sadəcə institusional mexanizm deyil, bu, həmrəylik, tərəfdaşlıq və praktiki əməkdaşlıq platformasıdır”.
Günel İbrahimova
Son xəbərlər
Son Xəbərlər