İran Britaniyaya xəbərdarlıq etdi

iran-britaniyaya-xeberdarliq-etdi
Oxunma sayı: 605

İran Böyük Britaniyanın ABŞ-yə Tehrana qarşı hücumlar üçün öz hərbi bazalarından istifadəyə icazə verməsini kəskin pisləyib və hərbi əməliyyatlara kömək edən ölkələrin nəticələrə cavabdeh olacağını bəyan edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyi bəyanat yayıb.

İran XİN Londonun bu addımının BMT Nizamnaməsini və beynəlxalq hüququ pozduğunu, Baş Assambleyanın qətnaməsinə əsasən, “təcavüz aktı” və “hərbi cinayətlərdə şərik olmaq” anlamı daşıdığını vurğulayıb.

Qeyd edək ki, Böyük Britaniyanın yeni Baş naziri Endi Bernhem Hind okeanındakı Diyeqo-Qarsiya və İngiltərədəki “RAF Fairford” hərbi bazalarının ABŞ tərəfindən İrana zərbələr üçün istifadəsinə icazə verib.

İran tərəfi isə öz suverenliyini müdafiə edəcəyini və təcavüzdə iştirak edən hər bir tərəfin cavab verəcəyini xəbərdar edib.