İran Dieqo Qarsiya adasındakı ABŞ-Britaniya hərbi bazasına orta mənzilli ballistik raketlər atıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə CNN ABŞ rəsmisinə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Tehran Hind okeanında, İran sahillərindən təxminən 3810 kilometr məsafədə yerləşən obyektə iki raket atıb, lakin heç biri bazaya dəyməyib.
Ağ Ev, Pentaqon və Böyük Britaniya Müdafiə Nazirliyinin nümayəndələri hələlik hadisə ilə bağlı şərh verməyiblər.
Qeyd edək ki, Dieqo Qarsiya ABŞ-nin ağır bombardmançı təyyarələri donanması üçün əsas aerodromdur və uzun müddətdir ki, bu ölkənin nüvə sualtı qayıqları və idarəolunan raketlərlə təchiz olunmuş esmineslərini yerləşdirdiyi strateji baza kimi fəaliyyət göstərir.
Son xəbərlər
Son Xəbərlər