İran Hörmüzlə bağlı son qərarını açıqladı

iran-hormuzle-bagli-son-qerarini-aciqladi
Oxunma sayı: 610

Tehran bəyan edib ki, ABŞ əvvəllər irəli sürdüyü şərtləri qəbul etməyənə qədər Hörmüz boğazını gəmiçilik üçün açmayacaq.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu bəyanatı İran parlamentinin (Məclis) sədri Məhəmməd Baqir Qalibaf verib.

O vurğulayıb ki, həmin şərtlər yerinə yetirilməyənə və İran xalqının qanuni hüquqları amerikalılar tərəfindən tanınmayana qədər Hörmüz boğazının açılması üçün ən kiçik bir ehtimal belə qalmayacaq.