İran Küveytdə hava limanını vurdu - Video

iran-kuveytde-hava-limanini-vurdu
Oxunma sayı: 2870

İranın kamikadze dronları Küveyt Beynəlxalq Hava Limanını hədəf alıb.

“Qafqazinfo”nun xəbərinə görə, hadisə mülki hava limanında baş verib.

Küveyt Mülki Aviasiya İdarəsi bildirib ki, dron hücumu nəticəsində bir neçə işçi yüngül xəsarət alıb və sərnişin terminalında maddi ziyan dəyib. Hava limanında əməliyyatlar təhlükəsizlik tədbirləri gücləndirilərək bərpa olunub.

Məlumatlara görə, İranın “Shahed-136” dronunun hücumu hava limanında ciddi dağıntılara səbəb olub.

Hadisə regionda gərginliyi artırıb və hazırda Qolf bölgəsinə uçan bütün aviaşirkətlər üçün potensial təhlükə yaradır.