İran ABŞ tərəfindən sanksiya rejiminin yumşaldılması müqabilində uranın zənginləşdirilməsini dondurmağa razılıq verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb.
Kanalın Pakistandakı mənbələrinin verdiyi məlumata görə, bu tarixi razılaşmanın əldə olunmasına İran-ABŞ danışıqlarında vasitəçilik edən tərəflər təkan veriblər. İran rəsmiləri hələlik “Al Hadath”ın yaydığı bu xəbəri rəsmi şəkildə şərh etməyiblər.
Eyni zamanda “Reuters” agentliyi xəbər verir ki, Qətər vasitəçiləri bu gün və ya sabah Nyu-Yorkda İranın xarici işlər naziri Abbas Əraqçi, həmçinin ABŞ nümayəndələri ilə ayrı-ayrılıqda məxfi danışıqlar aparacaqlar.
Xatırladaq ki, bundan əvvəl “Axios” portalının və İsrailin 12-ci kanalının müxbiri Barak Ravid amerikalı yüksək rütbəli rəsmiyə istinadən Donald Trampın Tehranın nüvə proqramı ilə bağlı tələbləri yerinə yetirəcəyi təqdirdə sanksiyaları zəiflətməyə və dondurulmuş aktivləri blokdan çıxarmağa hazır olduğunu bəyan etmişdi.
Son xəbərlər
Son Xəbərlər