İran Yaxın Şərqdəki ABŞ bazalarını vurdu - Video

iran-yaxin-serqdeki-abs-bazalarini-vurdu
Oxunma sayı: 3481

İran ordusu Yaxın Şərqdə yerləşən dörd Amerika hərbi bazasına raket zərbələri endirib.

“Qafqazinfo” “Fars” agentliyinə istinadən xəbər verir ki, hədəf alınan obyektlər arasında Qətərdəki “Əl-Udeyd”, Bəhreyndəki ABŞ Beşinci Donanmasının bazası, BƏƏ-dəki “Əl-Dəfra” və Küveytdəki “Əl-Salim” hava bazaları var.

Məlumata görə, ABŞ-nin Bəhreyndə yerləşən Beşinci Donanmasının Təmir Mərkəzinə də zərbə endirilib.

Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı qabaqlayıcı hücum başlatdığını elan etmişdi.