“ABŞ İran ilə təmaslar dövründə bu ölkəyə qarşı hərbi əməliyyatın miqyasını azaltmaq niyyətində deyil”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt “The New York Times” (NYT) qəzetinə bildirib.
“Prezident Tramp və onun danışıqlar üzrə nümayəndələri (İran ilə - red.) diplomatiyanın bu yeni imkanını araşdırarkən, “Epik Qəzəb” əməliyyatı Ali Baş Komandan və Pentaqon tərəfindən müəyyən edilmiş hərbi məqsədlərə nail olmaq üçün intensivliyi azaldılmadan davam edir”, - o deyib.
Qeyd edək ki, daha əvvəl ABŞ-nin münaqişəyə son qoymaq üçün Pakistan vasitəsilə İrana 15 bəndlik plan təqdim etdiyi barədə xəbər yayılmışdı. Nəşr bildirir ki, Tehranın bu təklifləri qəbul etməyə hazır olub-olmaması və İsrailin ABŞ-nin ideyaları ilə tam razılaşıb-razılaşmaması hələlik aydın deyil.
Son xəbərlər
Son Xəbərlər