ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı növbəti hava zərbələrinin başa çatdığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, Mərkəzi Komandanlıq ardıcıl doqquz axşam İrandakı hədəflərə zərbələr endirib.
Əməliyyat zamanı komanda-idarəetmə mərkəzləri, sahil müşahidə obyektləri, hava hücumundan müdafiə sistemləri, Hərbi Dəniz Qüvvələrinə məxsus vasitələr, eləcə də raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi mövqelər hədəfə alınıb.
Son xəbərlər
Son Xəbərlər