İranda baş verən zəlzələ Naxçıvanda hiss olundu - Yenilənib

iranda-bas-veren-zelzele-naxcivanda-hiss-olundu
Oxunma sayı: 5585

İranın Xoy şəhərində zəlzələ baş verib. Zəlzələ Naxçıvan Muxtar Respublikasında 5,3 bal gücündə hiss olunub.

Respublika Seysmoloji Xidmət Mərkəzindən "Qafqazinfo"ya bildirilib ki, yeraltı təkanlar saat 22:15 radələrində qeydə alınıb.

Zəlzələ 10-15 saniyə davam edib. İlkin məlumata görə dağıntı və tələfat yoxdur. Əlavə məlumat veriləcək.

***

Naxçıvanda baş verən zəlzələ hər hansı dağıntı və tələfat törətməyib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.