İranda qızlar üçün ibtidai məktəbə endirilən hava zərbələri nəticəsində ölənlərin sayı kəskin şəkildə artıb.
“Qafqazinfo” “Azad İran” teleqram kanalına istinadən xəbər verir ki, ölkənin cənubundakı Hörmüzqan əyalətinin Minab rayonunda yerləşən məktəbə hücum nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb.
Hadisə zamanı daha 48 nəfərin yaralandığı bildirilir.
Qeyd edək ki, ilkin məlumatlarda məktəbdə 5 şagirdin öldüyü bildirilirdi. Lakin dağıntılar altından yeni cəsədlərin çıxarılması ilə tələfatın sayı artıb.
Xatırladaq ki, bu gün səhər saatlarında İsrailin müdafiə naziri İsrael Katz ordunun İrana qarşı “qabaqlayıcı hücum” başlatdığını elan edib.
***
“Tasnim” agentliyinin məlumatına görə, İsrailin raket hücumu nəticəsində 51 ibtidai sinif şagirdi həlak olub.
Son xəbərlər
Son Xəbərlər