İranın Parisdəki Konsulluğunda özünü partlatmaq istədi - Video

iranin-parisdeki-konsullugunda-ozunu-partlatmaq-istedi
Oxunma sayı: 1771

Parisdə naməlum şəxs İran Konsulluğuna gələrək özünü partladacağını bildirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Fransanın “Europe1” radiosu yayıb. 

Məlumata görə, onun üzərində “intihar kəməri”, əlində isə qumbaraya bənzəyən predmet olub. 

“BFMTV” telekanalının məlumatına görə, polis sözügedən şəxsi saxlayıb. Hazırda təqsirləndirilən şəxs dindirilir.