İranla münaqişə zamanı yaralanan ABŞ hərbçilərinin sayı 500 nəfəri ötüb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Associated Press” (AP) nəşri məlumatlı mənbəyə istinadən məlumat yayıb.
Bildirilib ki, bu göstərici 482 nəfərin yaralandığına dair Pentaqonun açıqladığı məlumatları üstələyir.
Xatırladaq ki, daha əvvəl Pentaqonun sözçüsü Şon Parnell son iki həftədə 100-dək ABŞ hərbçisinin yaralandığını açıqlayıb. ABŞ Prezidenti Donald Tramp isə indiyədək İranla müharibədə 18 amerikalı hərbçinin həlak olduğunu bildirib.
Son xəbərlər
Son Xəbərlər