Azərbaycan millisini seçən əslən iranlı sərbəst güləşçi Amir Reza Masumi aylıq 22 min dollar qazanacaq.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İranın “Mehr” agentliyi məlumat yayıb.
Əvvəlcə Ermənistan yığmasında çıxış etmək istəyən idmançı daha sonra Azərbaycan Güləş Federasiyasından təklif alıb.
O, xüsusi müqavilə hazırlayaraq ölkəmizə gəlib və həmin sözləşmənin detallarını federasiya ilə müzakirə edib. Amir Reza Masumi Azərbaycan yığmasında çıxış etmək üçün 22 min dollar istəyib və müsbət cavab alıb.
Azərbaycan Güləş Federasiyasının (AGF) baş katibi Pərvin Piriyev “Qafqazinfo”ya açıqlamasında məsələ ilə bağlı bunları deyib: “Əmirrezanın milli komandamıza cəlb olunması təkcə ölkə daxilində deyil, dünya güləş ictimaiyyətinin də diqqət mərkəzindədir. Son günlər sosial şəbəkələrdə onun Azərbaycanda alacağı məvaciblə bağlı müxtəlif mülahizələr səsləndirilir. Qeyd etmək istərdim ki, Əmirreza ilə imzalanan müqavilənin maliyyə şərtləri Azərbaycan milli komandasının əməkhaqqı siyasətinə tam uyğundur”.
Qeyd edək ki, Amir Reza Masumi 2027-ci ildən beynəlxalq arenada Azərbaycanı təmsil edəcək.
Son xəbərlər
Son Xəbərlər